Türkiyənin Bursa vilayətində təyyarə qəzası olub.
Bakıvaxtı.az "CNN Turk"ə istinadən xəbər verir ki, hadisə Bursanın Yunuseli hava limanı yaxınlarında, yaşayış ərazisində meydana gəlib. Belə ki, təkmühərrikli təyyarə qəzaya uğrayaraq yanmağa başlayıb.
Qəzanın fəsadları ilə bağlı məlumat verilməyib.
Yanğın bir neçə saata söndürülüb.
Aytac Aslan
















