Romadan Çinə uçan Hainan Hava Yollarına məxsus təyyarənin üzərinə quşun düşməsi mühərrikdə yanğına səbəb olub.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, baş vermiş hadisə sərnişinlər arasında çaxnaşmayla nəticələnib.
Belə ki, 249 sərnişin və 16 ekipaj üzvü olan təyyarə Romadan qalxaraq Çinə doğru hərəkət edib.
Havaya qalxdıqdan qısa müddət sonra baş verən xoşagəlməz hadisə nəticəsində təyyarənin mühərriki yanıb.
İtaliya rəsmilərinin açıqlamasına görə, fövqəladə eniş uğurla həyata keçirilib və hava limanının hərəkətinə heç bir maneə yaratmayıb.
Əli Hüseynov