• Bakı 18° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

CƏMİYYƏT

17 Iyun 2022 | 13:01

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavənin müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edilib.

Baş nazir Əli Əsədovun imzaladığı dəyişikliyə əsasən tibb işçilərinə əlavələrin müdəti mayın 1-dən iyulun 1-dək uzadılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026