• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Tikinti şirkəti qaydaları pozdu, cərimələndi

CƏMİYYƏT

20 Iyun 2023 | 17:37

Tikinti şirkəti qaydaları pozdu, cərimələndi

“Şakir" Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən tikinti şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi əsasında protokol tərtib olunaraq işi Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsilə bağlıdır.

518.3-ci maddədə qeyd edilib ki, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında iş hakim Vüsal Qurbanovun sədrliyilə araşdırılacaq. 

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026