Yayın qızmar istisi bütün ölkəyə təsir edir. Xroniki xəstəlikləri və uşaqları olanlarla yanaşı, isti havalardan ən çox əziyyət çəkənlərdən biri də hamilə qadınlardır. Xüsusilə hamiləliklərinin son aylarında olanlar isti yay günlərindən mənfi təsirlənir.
Bakıvaxtı.az xəbər verir ki, alimlər bu mövzuda araşdırmalar aparıb. Verilən məlumata görə, isti yay günlərində hamilələrin qidalanması, istirahəti üçün müxtlif tövsiyələr irəli sürülüb.
Yüksək hərarət temperaturun daha çox hiss olunmasına səbəb olur. Hamilələr əlavə yük daşıyırlar. Və bu da ciddi çətinliklərlə üzləşməsinə gətirib çıxarır.
Hamilə qadınların qızmar yay istisini rahat keçirmək üçün bol su içməyə diqqət etmələri lazımdır: "Şirin və qazlı içkilər içilməməlidir. Həm mədəni narahat edir, həm də artıq kalori qəbuluna səbəb olur. Çox çay və qəhvə içmək də bədəndən daha çox su itkisinə səbəb olur. İçki olaraq hamilə qadınların ilk seçimi bol su içmək olmalıdır. Bol su içmək həyati əhəmiyyət kəsb edir. Çünki, hamilə qadınların çoxlu süd və meyvə şirəsi qəbul etməsi lazımdır".
Qeyd olunur ki, pambıq və ya kətan, boş, açıq rəngli paltarlara üstünlük verilməlidir. Hovuzdan və ya dənizdən sonra yaş çimərlik paltarında oturmaq olmaz. Bu, infeksiyalara səbəb ola bilər. Hamilə qadınların vaginal infeksiyası vaxtından əvvəl doğuş riskini və bir çox problemi gətirir.
Araşdırmalara əsasən, Günəşin ən qızmar vaxtında ikicanlı qadınların çölə çıxmaması lazım olduğun dedilər: "Günəşin qızmar olduğu vaxtlarda saat 11.00-16.00 arasında çölə çıxmamalı, çıxsanız kölgəli yerlərə üstünlük vermək, papaq və eynək taxmağınız şərtdir.
Hamilə qadınların əl və ayaqlarında şişkinliyin yay aylarında ən çox rast gəlinən problemlərdən biridir. Xüsusilə hamiləliyin son dövrlərində səhər saatlarında əllərdə və axşama doğru ayaqlarda şişkinliyin olması hamilə qadınların şikayət etdiyi bir vəziyyətdir. Əgər bu hal yüksək təzyiqlə əlaqəlidirsə, həm ana, həm də körpə üçün mənfi mənzərə yarada bilər. Əvvəlcə təzyiqini ölçmək, albuminin sidikdə aşkar edilib-edilmədiyini yoxlamaq lazımdır, yəni sidik yollarında normal bir xəstəlik, yoxsa başqa bir xəstəlik əlamətidir.
Hamiləlikdə daha az kökəlmək üçün qidalanmaya diqqət etmək vacib haldır. Hamiləlikdə körpəyə görə onsuz da əlavə bir yük var. Bunun üzərinə həddindən artıq çəki hamiləlikdə bir çox problemi yaradır, artıq çəki daha çox istilik hiss etmək deməkdir. Karbohidratlardan uzaq durmaq, təzə meyvə, tərəvəz və salatlar istehlak etmək məqsədəuyğundur. Karbohidratlar təkcə şirniyyatlar deyil, çörək və xəmir kimi xəmirlərdən tərkibində çoxdur.
Xəyalə Rza
















