• Bakı 17° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Tofiq Zülfüqarov proseslərdən narahatdır: “Təhlükə görürəm” - MÜSAHİBƏ

MÜSAHİBƏ

27 Oktyabr 2025 | 12:11

Tofiq Zülfüqarov proseslərdən narahatdır: “Təhlükə görürəm” - MÜSAHİBƏ

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a müsahibə verib.

Onunla söhbəti təqdim edirik.

Rusiya-Ukrayna müharibəsində heç bir tərəf hədəflərinə nail ola bilməz

- Son günlər ABŞ-nin Rusiyanın neft şirkətləri -"Rosneft" və "LukOYL"a qarşı tətbiq etdiyi sanksiyalar proseslərin bu dəfə daha tünd olduğunu göstərir. Rusiya prezidenti Vladimir Putin də bunu ciddi sanksiya kimi qiymətləndirir və Rusiya iqtisadiyyatına ziyansız ötüşməyəcəyini etiraf edir. Sizcə, bu təzyiqlər Ukrayna-Rusiya müharibəsində dönüş nöqtəsi yarada bilərmi?

- Ukrayna və Rusiyada siyasi quruluş o şəkildə formalaşıb ki, savaşı uduzmaq həm Putin, həm də Zelenski üçün siyasi ölüm kimi olacaq. Ona görə də razılaşma olarsa, tərəflər onu bu cür qələmə verməyə çalışacaqlar ki, guya biri uduzub, biri də udub. Bu, daha çox Vladimir Putinə aiddir. Hamı anlayır ki, gec və ya tez o suala cavab verilməldir ki, ümumiyyətlə, bu müharibə nə üçün idi? Əgər nəticələr belə olacaqdısa, bu qədər qırğına, itkilərə dəyərdimi?

Trampın təşəbbüsü çox sağlam təşəbbüsdür. Onlar mövcud vəziyyəti dondurmağa çalışırlar. Yəni kim haradadırsa, elə orada da qalsın məntiqi ilə yanaşılır. Amma heç bir tərəf siyasi öhdəliklər götürməyəcək. Ukrayna atəşkəsə nail olsa belə işğalı tanımayacaq. 1994-cu ilə Azərbaycanla Ermənistan arasında razılaşma oldu, analoji razılaşma Ukrayna ilə Rusiya arasında da mümkün ola bilər. Mənzərə, durum bundan ibarətir. Azərbaycan o vaxtlar buna nail olmuşdu. Öhdəlik o idi ki, Minsk qrupu çərçivəsində məsələni danışıqlar yolu ilə həll etməyə səylər göstəriləcəkdi. İndi ilkin mərhələdə bu məsələlər Ukraynanı qane etmir. İkinci mərhələdə görürük ki, Rusiya da bunu qəbul etmir. İndiki vəziyyət onu göstərir ki, bu savaşın davam etməsi mənasız yerə insan itkisidir, qırğındır.

- Kim qalib ayrılacaq?

- Burada heç bir tərəf hədəflərinə nail ola bilməz. Qüvvələr nisbəti elədir ki, Ukraynanın bəyan etdiyi istək - ərazi bütövlüyünün bərpası mümkün deyil. Buna gücü çatmır. Digər tərəfdən Rusiya da əvvəlcədən aydın olmayan məqsədlərinə nail ola bilməyib. Həftədə bir kəndi işğal edib. Hətta təmas xəttində xətt də yoxdur. 30-40 km-lik zolaq var, orada dronlar bir-biri ilə müharibə aparır. Adam görən kimi atəş açıb məhv edirlər. Məlumdur ki, bu cür vəziyyətdə Rusiya heç bir məqsədə nail ola bilməz. Burada Donald Trampın israrlı olması əsaslıdır. İqtisadi baxımdan Rusiyanın ixracı dayansa, bu, ölkədə ictimai və siyasi gərginliyə gətirib çıxaracaq.

O cümlədən Ukraynada da vəziyyət yaxşı deyil. Əhalinin az qala yarısı ölkəni tərk edib. Orduya hərbçiləri yığmaq problemldir. Polis küçələrdən insanları tutub orduya aparır. Bu hal Rusiyada da müşahidə olunur. Müharibənin davamı etməsi mənasızdır.

Rusiyanın dəstəyi ilə Ermənistan Azərbaycan ərazilərində işğal həyata keçirmişdi

- Çıxış yolu nədir?

- Hesab edirəm ki, hər tərəf öz bəyanatlarında yumşalmaya getməlidir. Onlar “qalib gəldik” deyil, “uduzmamışıq” ritorikasını seçməlidirlər. Rusiya deyə bilər ki, bütöv NATO-ya qarşı müharibə aparırdım. Ukrayna da bir motiv tapıb, əsaslandıra bilər. Reallıq və məntiq baxımından mümkündür, amma alınıb -alınmayacağı müəyyən siyasətçilərin siyasi ambisiyaları ilə bağlıdır.

- Ukrayna-Rusiya arasındakı razılaşmanın əldə edilməsini hansı ölkə və ya təşkilat üzərinə götürə bilər?

- Baxın, Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə Ukrayna-Rusiya müharibəsinin motivi fərqlidir. Bizdə belə idi ki, guya hansısa separatçı qüvvələr və millətlərin öz müqəddaratlarını həll etmək kimi məsələlər idi. Ancaq ortada olan fakt bu idi ki, Rusiyanın dəstəyi ilə Ermənistan Azərbaycan ərazilərində işğal həyata keçirmişdi. O vaxtlar Heydər Əliyevin diplomatik bacarığı nəticəsində biz ona nail olduq ki, Qarabağ  erməniləri “tərəf” kimi tanınmadı. Bizdə buna dair sənəd və saziş yox idi, sadəcə razılaşma vardı. Müdafiə Nazirliyi vasitəçiyə faks göndərmişdi ki, filan vaxtdan biz atəşkəsə riayət edəcəyik. Həmçinin qarşı  tərəf belə bir göndəriş etmişdi. Separatçı rejimin araxasında Ermənistan və Rusiya dayanırdı. Biz ona müyəssər olduq ki, onları siyasi baxımından tanımadıq. İndi Ukrayna ilə Rusiya arasındakı problem məlumdur. Rusiya vaxtilə rəsmi olaraq  Ukraynanın sərhədlərini tanıyıb. İndi hansısa səbəb gətirməlidir ki, niyə bir vaxtlar tanıdığın sərhədləri indi tanımırsan?

Digər tərəfdən Rusiya bildirir ki, ona atəşkəs lazım deyil, onsuz da problemlər qalır. Biz problemləri həll etməsək, müharibə həllini tapmayacaq. Yəni Rusiya öncədən şərtlər irəli sürür. Məlumdur ki, Ukrayna bunu qəbul etmir və məntiqə görə, vasitəçi olacaq ölkə də bunu qəbul etməməlidir. Vəziyyət təxminən belədir. Birmənalı demək olar ki, tərəflər atəşkəsə nail olsalar, bu, hər iki ölkədə ciddi siyasi böhrana səbəb olacaq.

Ermənistan cəmiyyəti xəstədir, reallıqdan çox uzaqdır

- Azərbaycan Ermənistana yük tranzitinə icazə verib. İlk olaraq Qazaxıstan taxıl göndərib. Yəni bir az obrazlı ifadə etsək, rəsmi Bakı Ermənistana “yaşıl işıq” yandırıb. Bunu yekun sülhə və əməkdaşlığa dair ilkin işartı kimi qiymətləndirmək olarmı?

- Biz başa düşməliyik ki, Ermənistan cəmiyyəti xəstədir. Yəni reallıqdan çox uzaqdırlar. Onlar elə təqdim edirlər ki, guya ərazi itiriblər. Amma anlamırlar ki, onlar heç bir ərazi itirməyiblər. Anlamırlar ki, Azərbaycan sadəcə özünün hüquqi torpaqlarında suverenli və bütövlüyünü bərpa edib. Ermənistan bizə öz xoşu ilə heç nə qaytarmayıb. Ermənistanın işğal olunmuş ərazisi var? Yoxdur. İndi Ermənistanda çətin proses gedir: reallığa qayıtmalıdırlar. Ermənilər də psixoloji baxımından reallığı qəbul etmək istəmirlər. 2 milyonluq bir ölkə Türkiyə və Azərbaycana nə isə diktə edə bilər? Xeyr. Bu, mümkün deyil və bundan sonra da mümkün olmayacaq. İndi bu reallığı başa düşmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyan müəyyən addımlar atır. Əlbəttə, Paşinyan da səmimi deyil. Bu Xankəndidə “Arsax” Ermənistandır və nöqtə” deyən Paşinyandır. Ona təzyiq edilməsə idi, o, elə həmin mövqedə qalacaqdı, amma Azərbaycan dövləti və ordusunun şücaəti nəticəsində tarixi reallıq bərpa olundu. İndi Paşinyan anlayır ki, daha çox şeyləri itirməmək üçün reallığa qayıtmalıdır. Amma Ermənistan cəmiyyəti buna hazır deyil. İndi Azərbaycan elə şərait yaradır ki, Ermənistan cımiyyətindəki sağlam qüvvələr revanşist qüvvələrə qalib gəslinlər. Nəticədə yeni konstitusiya qəbul edilsin, normal şərtlər təsbit olunsun ki, qonşularla sülh şəraitində yaşasınlar. Bu, onlar üçün çətin prosesdir. Guya Paşinyan getsə, yerinə revanşist gəlsə, nə edədək ki?! Paşinyan Ermənistanın nəyə qadir olduğunu nümayiş etdirdi. Biz belə bir ssenari- Paşinyan getsin, yeni bir revanşist gəlsin və o da boş-boş danışsın, gərginlik artsın- istəmirik. Bu mənada Azərbaycan rəhbərliyi bu addımları ataraq, onlara “Ağıllı olun, normaya dönün” mesajını ötürür. İndiki mərhədə biz Ermənistan cəmiyyətinə onlara aid reallıqları gösytərməliyik. Hesab edirəm ki, bu, bizikm xeyrimizədidr. Düşməni ya öldürməlisən, ya da başa salmalısan. İstər-istəməz müharibə itkidir. Müharibə olmadan Ermənistan cəmiyyətinə reallıqları anlamağa kömək etməyə çalışırıq.

Dövlət başçısının təlimatlarını kənara qoyub kiməsə qulaq asan deyildik ki?!

- Bir az daxili məsələlərdən - Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyev olayından danışaq. Azərbaycanın qlobal intişara nail olduğu, Amerika prezidenti Donald Trampın Azərbaycan liderinin üvanına müsbət ifadələr işlətdiyi bir dönəmdə dövlət çevirilişinə cəhd göstərmək kimi bir “iştaha”ya düşmək nə ilə bağlı ola bilər?

- Məhkəmənin yekun qərarı olmadan kimisə ittiham edə bilmərik. Bu baxımdan rəsmi dairələr mövqeləri və məlumatları tez-tez yaymalıdırlar ki, biz söhbətin nədən getdiyini anlaya bilək. Amma ümumilikdə 2020-ci ildən sonra Azərbaycan öz tarixində yeni mərhələ başlatdı. Ölkəmizin beynəlxalq nüfuzu artır, beynəlxalq layihələrdə siyasi arenalarda öz siyasi iradəsini nümayiş etdirir, uğur qazanır. Əlbəttə, Azərbaycanı güclü görmək istəməyənlər də az deyil. Sosial və siyasi stabilliyə malik olan  bir ölkəni həzm etmək istəmirlər. Xarici qüvvələrin siyahısı çox genişdir. Bu, təkcə Rusiyadan ibarət deyil. Məsələn, İran da hansısa iddialarla çıxış etməyə cəhd göstərə çalışır. Hətta Avropa İttifaqı və Fransa da müəyyən iddiallarla çıxış edə bilər. Söhbət ondan gedir ki, Azərbaycanın indiki vəziyyətini qəbul etmək istəyənlər azdır. Çalışırlar ki, müxtəlif yollarla Azərbaycan daxilində stabilliyi pozsunlar. Müxtəlif cəhdlər var, müəyyən layihələr həyata keçirilir. Biz hər bir məsələyə hazır olmalıyıq, eləcə də ayıq-sayıqlığı itirməməliyik. İstintaqın nəticələrini gözləməliyik. Bu işdə bir təhlükə görürəm.

- Nə kimi təhlükə?

- Azərbaycandakı stabilliyi pozmaq üçün müxtəlif formalı cəhdlər ola bilər. Müşahidə edirik ki, bizim siyasi elita müxtəlif cəbhələrə bölünüb. Bu da öz-özlüyündə təhlükədir. Bəlkə, bunun əsasları da var, amma güc birlikdədir. Bu, həm siyasi elitaya, həm də cəmiyyətə aiddir. Bu baxımından gedən proseslərdən narahatam. İstərdim ki, proseslərin bu və ya digər şəkildə qanuni nəticəsini hamımız görək və irəliyə baxaq.

- Siz nazir olduğunuz dönəmdə Ramiz Mehdiyevlə hansısa məqamda yollarınız kəsişibmi?

- Demək olar ki, yox, çünki mənim vaxtımda və sonrakı dönəmdə də xarici siyasətin idarə edilməsi sistemi elə tənzimlənib ki, bu işdə birbaşa söz sahibi dövlət başçısıdır. Dövlət başçısının təlimatlarını kənara qoyub kiməsə qulaq asan deyildik ki?!

Aydın Baxış


SON XƏBƏRLƏR