"Eks-prezident Nursultan Nazarbayevlə ölkədə baş verən yanvar hadisələrindən sonra ona şəxsi imtiyazların verilməsi barədə danışmamışam".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Xəbər 24”-ə müsahibəsində deyib.
"Təbii ki, heç bir sövdələşmə olmayıb, şəxsi imtiyazlar haqqında da söhbət olmayıb" deyən Tokayevin sözlərinə görə, yeganə məsələ o idi ki, Təhlükəsizlik sədrinin statusu məsələsinin təcili həllinə ehtiyac var idi.
"Gizlətməyəcəyəm, vəziyyət gərginləşəndə bildirdim ki, mən indi xalqa müraciət edəcəyəm və bəyan etməliyəm ki, bundan sonra Təhlükəsizlik Şurasının sədriyəm. Bu məsələ, sözün əsl mənasında, yolda həll olundu”, - deyə Qazaxıstan Prezidenti bildirib.
















