Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, tərəflər regional məsələləri, o cümlədən Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər.
Moskva ilə Kiyev arasında atəşkəsin əldə olunması istiqamətində birgə addımların atılması ilə bağlı razılıq əldə olunub.
















