• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Podolyak Abramoviçin sülh danışıqlarındakı roluna aydınlıq gətirdi

DÜNYA

30 Mart 2022 | 20:37 | Müəllif: Subhan Mahmudov

Podolyak Abramoviçin sülh danışıqlarındakı roluna aydınlıq gətirdi

Rusiyalı milyarder Roman Abramoviç RF ilə Ukrayna arasında aparılan danışıqlarda vasitəçi və moderator kimi iştirak edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü, Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak brifinqdə deyib.

Podolyakın sözlərinə görə, Londonda yaşayan rusiyalı milyarder “nümayəndə heyətləri arasında son dərəcə effektiv vasitəçidir”.

Qeyd edək ki, martın 23-də məlum olub ki, Ukrayna prezidenti Volodimir Zelenski Co Baydendən Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib və bildirib ki, milyarder Kiyev və Moskva arasında sülh danışıqlarına töhfə verə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR