• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Tokioda qatarın bir neçə vaqonu relsdən çıxdı - Xəsarət alanlar var

DÜNYA

07 Oktyabr 2021 | 20:26

Tokioda qatarın bir neçə vaqonu relsdən çıxdı - Xəsarət alanlar var

Yaponiyanın paytaxtı Tokionun Adaçi rayonunda qatarın bir neçə vaqonu relsdən çıxaraq azı 3 nəfəri yaralayıb.

Bakıvaxtı.az
-ın "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, hadisəyə 6,1 bal gücündə baş verən yeraltı təkanlar səbəb olub.

Qatar təcili əyləc vəziyyətində olub. Nəticədə qatarın bir neçə vaqonu relsdən çıxsa da, yan tərəfə yıxılmayıb.

Bütün sərnişinlər qatardan təxliyə edilib.

Yeraltı təkanların episentri Tokio və Çiba prefekturalarının sərhədində 80 km dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR