• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

BMT Sudanda mülki hökumətin bərpasını tələb edir

DÜNYA

05 Noyabr 2021 | 23:24

BMT Sudanda mülki hökumətin bərpasını tələb edir

BMT-nin İnsan hüquqları Şurası Sudanda mülki hökumətin dərhal bərpa olunmasını tələb edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Şuranın yekdilliklə qəbul etdiyi qərarda baş nazir Abdallah Hamduk və digər məmurların dərhal azad edilməsi tələb olunur. Şura eyni zamanda qanunsuz olaraq azadlıqdan məhrumetmələri pisləyir.

Tədbirdə iştirak edən 5 dövlətin nümayəndələri vəziyyətin yerində araşdırılması üçün BMT-nin TŞ-dan Sudan üçün ekspertlər təyin etməyi xahiş ediblər. Bundan əlavə, insan hüquqları üzrə də xüsusi nümayəndənin təyin olunması istənilir.

Qeyd edək ki, Sudanda oktyabrın 25-də baş verən dövlət çevrilişindən sonra hərbçilər hakimiyyəti ələ alıb. Toqquşmalar zamanı 13 nəfər həlak olub, 300-dən çox insan xəsarət alıb. Baş nazir və bir çox məmur həbs edilib. Lakin beynəlxalq təzyiqdən sonra 4 nazir azadlığa buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026