• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Topxana meşəsinin bərpasına başlanıb

CƏMİYYƏT

06 Yanvar 2023 | 13:36 | Müəllif: Qalib İbrahimoğlu

Topxana meşəsinin bərpasına başlanıb

1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq həmin ərazidə ötən il yeni ağacların əkilməsi nə başlanıb. Həmçinin ərazidə ağac toxumları da səpilib.

"Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək" deyən X.Hüseynov qeyd edib ki. ilkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkmişik. Həmçinin Ekologiya Nazirliyi əməkdaşları meşədə təhlil aparır. Təhlilin nəticəsindən asılı olaraq aidiyyəti qurumlara təkliflər göndəriləcək.

"Nazirlik əməkdaşları həmçinin Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması prosesi həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün həmçinin Türkiyədən 49 min ting gətirilib", - deyə Xalıqverdi Hüseynov əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026