• Bakı C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Toy edilən 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxarılıbmış - YENİLƏNİB

CƏMİYYƏT

16 Dekabr 2025 | 12:47

Toy edilən 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxarılıbmış - YENİLƏNİB

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın ərə verilməsi ilə bağlı hadisənin bəzi detalları məlum olub.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü qız altıncı sinifdən məktəbdən çıxarılıb.

Anası Elnarə Ələsgərovanın sözlərinə görə, qızının təhsildən kənarda qalmasına səbəb ailənin maddi sıxıntılarının olmasıdır: “Qızımın toyu olmayıb. Kafelərin birində sadəcə “həri” mərasimi keçirilib. Övladımı oxuda bilməmişəm, buna səbəb imkanımın olmamasıdır”.

Qeyd edək ki, ötən gün Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Onu özündən 19 yaş böyük - 1992-ci il təvəllüdlü Firdovsi Abbasovla evləndirmək istəyiblər. Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Qıza toy edən şəxsin ögey atası olduğu müəyyənləşib. 

Məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilən şəxs isə bəyin atası Fizuli Abbasovdur.

***

09:35

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb.

Hazırda araşdırma aparılır.

***

09:13

Tovuz rayonunda 14 yaşlı qızın ərə verilməsi ilə bağlı bəzi detallar məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, 2011-ci il təvəllüdlü qızın ailə quracağı şəxs ondan 19 yaş böyük olub.

14 yaşlı qız valideynləri tərəfindən 1992-ci il təvəllüdlü oğlana ərə getməyə məcbur edilib.

***

08:24

Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

    Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib


    SON XƏBƏRLƏR

    15 Dekabr 2025