• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Toya gedən koronavirus xəstəsi aşkarlandı

CƏMİYYƏT

29 Yanvar 2022 | 22:37 | Müəllif: Subhan Mahmudov

Toya gedən koronavirus xəstəsi aşkarlandı

Sumqayıtda toya gedən koronavirus xəstəsi aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi şəhər ərazisində yerləşən "Dan ulduzu"  restoranında keçirilən toy mərasimində iştirak etmək istəyəndə qarşısı alınıb.

Toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Bakı şəhər sakini Coşqun Mirzəyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

C. Mirzəyev barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026