"Sənətimlə Azərbaycanda elə dəbə mindim ki, qapımda səhərə kimi 60-70 avtomobil gözləyirdi ki, toydan gələndə onlar öz toylarını mənə yazdırsınlar".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Bilal Əliyev "İncə səhər" verilişində deyib. Müğənni toylardan qazandığı pullardan danışıb:
"Almaniyada olanda bir toyda iştirak etdim. O məclisdə çıxışıma görə mənə 40-45 min dollar pul verdilər. Azərbaycanda gözəl bir toyda iştirak etmişəm və evimə bir kisə pul aparmışam. Həmin ərəfədə evdə 15 adam var idi. Dedim ki, kim 10 paçka düzəltsə, biri onun olacaq. Burada milyondan söhbət gedir. Həmin pula çox şey etdim, kasıblara əl tutdum".