• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Toyuq oğrularını “siyasi məhbus” kimi cəmiyyətə sırımaq istəyirlər

SİYASƏT

07 May 2024 | 13:29

Toyuq oğrularını “siyasi məhbus” kimi cəmiyyətə sırımaq istəyirlər

“İnsan hüquqlarına diqqət və qayğı hər zaman Ümumilli Lider Heydər Əliyev, prezident İlham Əliyev və Heydər Əliyev Fondunun diqqət mərkəzindədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, postsovet məkanında ölüm hökmü ilk dəfə Heydər Əliyev sayəsində ləğv edilib:

“Onun dövründə 70-ə yaxın əfv, 13 ambisiya aktı həyata keçirilib. Nə qədər uşaqlara ürək əməliyyatları keçirilib, həqiqətlərin dünyaya düzgün çatdırılması həyata keçirilib, düşünürəm ki, bundan sonra da bu, belə davam edəcək”.

S.Novruzov bildirib ki, son illər Azərbaycan haqqında qərəzli qərarlar qəbul olunur, hətta sanksiyalar tətbiq olunması təklif edilir:

“Sanksiya ələb olunan şəxslər Azərbaycan xalqına xidmət edənlər, ermənilərə qarşı mübarizə aparanlar, Azərbaycanın ən gözəl guşələrindən olan Şuşanın alınmasında canı və qanı ilə iştirak etmiş insanlardır. Bunları kənara qoyuram. Ata və anasını tanımayan istər BENİLÜKS ölkələrinin, istərsə də Fransanın deputatları, o cümlədən Azərbaycanı xəritədə tapa bilməyən ABŞ Konqresinin üzvləri Azərbaycanda hansısa hakimlərin, kənd rayonunda işləyən müstəntiqin adını əzbər şəkildə müəyyən sanksiyalara təklif edir. Burada oturanların əksəriyyəti heç o adamların ad-soyadını bilmir. Hakimləri təyin etdiyimizə görə səs veririk və bəzilərini tanıyırıq. Bu gün Azərbaycandan donos verən, məlumat ötürən o şəxslər - antimilli şura üzvləri, "Tiktok"er Əli Kərimli, onun dəstəsi və digərləri özlərinin üzvü olan valyuta dəllalları, ev alverçiləri, toyuq oğrularını siyasi məhbus kimi yazıb cəmiyyətə sırımaq istəyirlər. Yaxud xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə, ordusuna qarayaxma ilə məşğuldur. Düzdür, Milli Məclis bu barədə bəyənatlar verir. Hesab edirəm ki, bundan sonra da bunu davam etdirib, onları ifşa etməliyik”.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 May 2024