• Bakı 27° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Tramp Bakı və İrəvan arasında sülhə yaxındır - Senator

DÜNYA

04 Avqust 2025 | 21:56

Tramp Bakı və İrəvan arasında sülhə yaxındır - Senator

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq ərəfəsindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının üzvü, amerikalı senator Stiv Deyns “The Wall Street Journal” üçün yazdığı məqalədə bildirib.

“Bu, möhtəşəm nailiyyət – regional və beynəlxalq sülhə töhfə verəcək sabitliyə doğru atılan daha bir addım, eləcə də iştirak edən ölkələrin sərhədlərindən çox-çox uzaqlara çıxan iqtisadi faydalar olacaq”, - o deyib.

Senatorun sözlərinə görə, üçüncü dövlətlərin və ya təşkilatların sülh yaratmaq cəhdlərinin çoxu nəticəsiz olub. Deyns qeyd edib ki, əvvəlki ABŞ administrasiyaları regiona və sülh danışıqlarına prioritet diqqət göstərməyib.

Onun sözlərinə görə, Tramp regionda və onun hüdudlarından kənarda artımı və sabitliyi təşviq edir.

Deyns əlavə edib ki, Ermənistan və Azərbaycan liderləri tərəfindən tezliklə bu sazişin imzalanması Cənubi Qafqazda və bütün dünyada sülh və sabitliyə töhfə verəcək./report


SON XƏBƏRLƏR

04 Avqust 2025