• Bakı 16° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Tramp Baydeni də, Harrisi də udur - CBS

DÜNYA

19 Iyul 2024 | 18:34 | Müəllif: Subhan Mahmudov

Tramp Baydeni də, Harrisi də udur - CBS

CBS Co Baydenlə Donald Tramp və Kamala Harrislə Donald Trampın ölkədəki reytinqi ilə bağlı sorğu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, sorğunun Bayden və Trampla bağlı hissəsində iştirakçıların 52%-i Trampa, 47%-i isə Baydenə səs verəcəyini bildirib. Harris və Trampla bağlı hissənin nəticələrinə görə isə Harris səslərin 48%-ni, eks-prezident 51%-ni toplayıb.

Kanal eyni zamanda 3 iyulda aparılan sorğu ilə son sorğunun nəticələrini müqayisə edib. Məlum olub ki, Baydenin topladığı səslər 1% azalaraq 47%-ə düşüb, Tramp isə səslərini 2% artıb və 52%-ə qalxıb.

Bayden topladığı səsə görə Harrisdən də geridə qalıb./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026