• Bakı 14° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Tramp qərar verdi: ABŞ ordusu bu ölkəyə girəcək!

DÜNYA

01 Fevral 2025 | 23:04

Tramp qərar verdi: ABŞ ordusu bu ölkəyə girəcək!

ABŞ ordusu bundan sonra Meksikanın narkotik kartellərinə qarşı xüsusi hərbi əməliyyatlar keçirə biləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset məlumat yayıb.

Onun sözlərinə görə, Amerika hərbçiləri belə səlahiyyətləri Donald Trampın narkotik kartellərini terror təşkilatı kimi tanıyan fərmanından sonra alıb.

Pentaqon rəhbəri yaxın vaxtlarda qonşu dövlətin ərazisində hərbi əməliyyatların planlaşdırılıb-planlaşdırılmadığını dəqiqləşdirməyib.

Qeyd edək ki, bundan öncə ABŞ ordusunun sabiq kəşfiyyatçısı Skott Ritter narkokartellərin terrorla cavab verəcəyini iddia etmişdi.


SON XƏBƏRLƏR

13 Mart 2025