• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Tramp qızı və kürəkənini işdən niyə çıxarmaq istəyirmiş?

DÜNYA

29 Sentyabr 2022 | 09:05 | Müəllif: Qalib İbrahimoğlu

Tramp qızı və kürəkənini işdən niyə çıxarmaq istəyirmiş?

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evdə işlədiyi müddətdə baş məsləhətçiləri olmuş qızı İvanka Trampı və kürəkəni Cared Kuşneri "Twitter" vasitəsilə işdən çıxarmağı düşündüyü iddia edilib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla xəbərinə görə, bu iddia "Etibarlı adam: Donald Trampın doğulması və Amerikanın süqutu” kitabında yer alıb.

Trampın Ağ Evdə ovaxtkı Aparat rəhbəri Con Kelli və hüquq müşaviri Don Makqan ilə keçirdiyi iclas zamanı öz "Twitter" hesabında qızı İvanka və kürəkəni Kushnerin Ağ Evdən ayrılacağı ilə bağlı paylaşım etmək istədiyini bildirib.

Kelli həmin an Trampı dayandırıb və belə bir paylaşımdan əvvəl qızı və kürəkəni ilə danışmaq üçün icazə istəyib.

Həmin gündən sonra Tramp bir daha bu mövzuya qayıtmayıb.

Nuranə Daxilqızı

 


Tramp qızı və kürəkənini işdən niyə çıxarmaq istəyirmiş?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026