ABŞ növbəti prezident seçkisi ərəfəsindədir.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, əgər 81 yaşlı Co Baydenin səhhətindəki problemlər rəqibi Donald Tramp tərəfindən müzakirə edilirdisə, indi ölkə mediası Trampın sağlamlıq hesabatına diqqət yetirib.
Hesabatda Trampın sağlamlıq vəziyyətinin əla, koqnitiv vəziyyətinin fövqəladə olduğunu bildirən cümlələr olsa da, bu açıqlamaların heç bir məlumata əsaslanmaması diqqət çəkib.
Digər tərəfdən, son hesabatın Trampın prezidentliyi dövründə həyata keçirilən tibbi hesabatlarla ziddiyyət təşkil etdiyi qeyd edilib. Hesabatda Trampın mübarizə apardığı piylənmə və yüksək xolesterol xəstəlikləri ilə bağlı heç bir açıqlama verilmədiyi vurğulanıb.
Xəbərdə yer alan başqa bir detal Trampın səhhətini “çox yaxşı” olaraq xarakterizə edən həkimin kimliyidir. Qəzet Nyu Cersidən olan 64 yaşlı həkim Bruce A. Aronvaldın Trampa məxsus Bedminster qolf klubunun üzvü olduğunu açıqlayıb. Bildirilib ki, Aronvald "Washington Post" qəzetinin müxbiri ilə görüşdən imtina edib.
Ay Tac








jpg-1715148920.webp)







