• Bakı 16° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Dəyişkən hava xəstəlikləri artırır:  Necə mübarizə aparaq?

CƏMİYYƏT

08 May 2024 | 09:53

Dəyişkən hava xəstəlikləri artırır:  Necə mübarizə aparaq?

Son zamanlar insanlar arasında xəstələlənənlərin artıb. Qızdırma, boğaz ağrısı, öskürək simptonları ilə müşahidə olunan soyuqdəymə halları insanlarda narahatlıqlar yaradır.

Bəs görəsən bunun səbəbi nədir? İnsanlar arasında yeni bir infeksiyamı yayılır?

Bu barədə Bakıvaxtı.az-a açıqlama verən terapevt Nərminə Abbasova bildirib ki, bu xəstəlikləri infeksiyon xəstəlik kimi dəyərləndirmək doğru deyil. Onun sözlərinə görə, havaların kəskin dərəcədə dəyişməsi bu xəstəliklərin artmasına səbəb ola bilər:

“Çünki insanlar yazın gəlişi və havaların nisbətən istiləşməsi ilə bağlı geyimlərini dəyişərək nazik geyimə keçirlər. Bunlar insanların soyuqdəymə əlamətləri ilə xəstələnmələrinə səbəb olur. Soyuqdəymə əlaməti orqanizmdə infeksiyanın inkişafına birbaşa münbit şərait yaradır, amma bunu infeksiyon xəstəlik kimi dəyərləndirmək doğru deyil. Çünki soyuqdəymədən sonra infeksiyaların inkişafı, yatmış virusların oyanması mümkündür.”.

N.Abbasova infeksiyadan çox hal-hazırda inkişaf edən xəstəliklərə toxunaraq deyib ki, hərəkət-dayaq sistemi, yəni əzələlərdə ağrıların kəskinləşməsi daha çox nəzərə çarpır. Bundan başqa, yaz aylarında bütün xroniki xəstəliklərin kəskinləşməsi halının da baş verdiyini diqqətə çatdıraraq vurğulayıb ki, bura mədə-bağırsaq sistemi, ağciyər xəstəlikləri və s. daxildir:

“Sadəcə olaraq ağciyər xəstəliklərinin qabarıq şəkildə orataya çıxması da xroniki ağciyər xəstəliklərinin kəskinləşməsidir. Havanın 2-3 dərəcə ani soyuması ilə həmin xəstəliklərdə kəskinləşmələr baş verə bilər. Hal-hazırda öskürən insanlarla çox rastlaşırıq ki, bu da xroniki halın kəskin hala keçməsi ilə bağlıdır. Mən bunu hansısa infeksiyon xəstəliyin yayılması ilə əlaqələndirmirəm”.

Nərminə Abbasova: Havanın 2-3 dərəcə ani soyuması ilə bəzi xəstəliklərdə kəskinləşmələr baş verə bilər

Terapevt həmçinin yaz fəslində parazitar xəstəliklərin də qabarıq şəkildə ortaya çıxdığını deyərək bildirib ki, bu, orqanizmdə immunitetin aşağı düşməsinə səbəbdir.

Müsahibimiz immunitetin aşağı düşməsi və havaların kəskin şəkildə soyumasının orqanizmdə olan xroniki xəstəliklərin kəskinləşməsinə birbaşa şərait yaratdığını qeyd edib:

“Sadəcə olaraq bu gün belə xəstəliklər narahat etməsin deyə insanlar nisbətən profilaktik yanaşmaları artırmalıdırlar, qidalanmaya, yuxuya nəzarət etməlidirlər, immunitetin düşməsinə şərait yaratmamalıdırlar. Əgər xəstələnərlərsə, burunda hər hansı axıntı, öskürək, qızdırma, hansısa xəstəliyin simptonları ilə qarşılaşsalar, həmin vaxt mütləq həkimə müraciət etsinlər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 May 2024