• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin HƏDƏFİ AÇIQLANDI

İQTİSADİYYAT

30 Avqust 2022 | 10:51

Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin HƏDƏFİ AÇIQLANDI

“Qarşıdakı iki ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatması hədəflənir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, bu gün qardaş Türkiyə Zəfər Gününü qeyd edir:

“Türkiyə Azərbaycanın strateji müttəfiqi və ən yaxın tərəfdaşıdır. Qardaş Türkiyə ilə bütün sahələrdə əməkdaşlığımız dərinləşməkdədir. Ötən il ölkələr arasında ticarət dövriyyəsi 4.661 milyard, bu ilin ilk yarısında isə 2.903 milyard dollar olub. Növbəti 2 ildə qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatıdırlması hədəflənir. Zəfər qazanmış hər iki ölkə ciddi iqtisadi hədəflərə malikdir. Qarşılıqlı əməkdaşlıq və dəstək həmin hədəflərin daha tez reallaşdırılmasına imkan verəcək. Vətən müharibəsində əldə etdiyimiz Zəfərdə qardaş Türkiyənin xüsusi töhvəsi oldu. Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək olan ölkələrdəndir”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR