• Bakı 12° C

    10.81 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Türkiyə ordusu terrorçulara aid mağara və silah-sursat aşkarlayıb

DÜNYA

08 Aprel 2025 | 18:37

Türkiyə ordusu terrorçulara aid mağara və silah-sursat aşkarlayıb

Türkiyə ordusu "Pəncə-Kilit" əməliyyatı bölgəsində terrorçulara aid mağara aşkarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial media hesabında paylaşım edilib.

Mağarada xeyli sayda silah-sursat və məişət əşyaları ələ keçirilib.

Belə ki, 7 ədəd "AK-47" avtomatı və 34 daraq, 1 ədəd 7,62 mm "PKMS" pulemyotu, 1 ədəd "M16" avtomatı, 1 ədəd "RPG-7" silahı, həmçinin 600 ədəd 7,62 mm-lik güllələr və didər ləvazimatlar götürülüb.


SON XƏBƏRLƏR

16 Aprel 2025