• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə və Suriya XİN başçıları bu tarixdə görüşəcək

DÜNYA

08 Yanvar 2023 | 22:48 | Müəllif: Subhan Mahmudov

Türkiyə və Suriya XİN başçıları bu tarixdə görüşəcək

Türkiyə və Suriya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Faysal Mikdad çərşənbə günü, yanvarın 11-də Moskvada görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əs Şərq Əl-Avsat” qəzeti məlumat yayıb.

Bildirilir ki, görüş Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçiriləcək. Nəşrin məlumatına görə, görüşün təşkilində Birləşmiş Ərəb Əmirlikləri də iştirak edib.

Moskvada keçiriləcək görüş Rusiya, Türkiyə və Suriya prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin birgə görüşünə zəmin yaradacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026