• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ana onu yatmağa qoymayan oğlunu öldürdü

DÜNYA

07 Fevral 2023 | 20:09 | Müəllif: Subhan Mahmudov

Ana onu yatmağa qoymayan oğlunu öldürdü

Omskda 60 yaşlı təqaüdçü 41 yaşlı oğlunu bıçaqladığına görə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə fevralın 6-da Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, fevralın 5-də mərhumun meyiti Ximikov küçəsindəki mənzildə tapılıb. Tezliklə məlum olub ki, zərərçəkənin anası onunla içki içib və yatmaq istəyib. Amma oğlu ona mane olub. Qadın bıçaq götürərək oğluna ölümcül yaralar vurub.

Fakta görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə iş başlanıb. Müstəntiqlər ananın həbsi üçün vəsatət qaldırmaq niyyətindədirlər./oxu.az

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026