• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Türkiyə XİN-dən İsraillə İrana ÇAĞIRIŞ

DÜNYA

19 Aprel 2024 | 15:09

Türkiyə XİN-dən İsraillə İrana ÇAĞIRIŞ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN açıqlama yayıb.

    Qeyd olunub ki, İsrailin beynəlxalq hüquqa zidd olaraq İranın Dəməşqdəki səfirliyinə hücumu ilə başlayan gərginliyin son hadisələrdən sonra bitməyən qarşıdurmaya çevrilməsi riski var.

    “Hadisələri yaxından izləyirik. Beynəlxalq ictimaiyyətin prioriteti Qəzzada qətliamın dayandırılması və Fələstin dövlətinin yaradılması ilə bölgəmizdə daimi sülhün təmin edilməsi olmalıdır”, - Türkiyə XİN-dən bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Noyabr 2026