• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Türkiyədə 30 dərəcə şaxta qeydə alınıb

DÜNYA

25 Yanvar 2022 | 18:18 | Müəllif: Subhan Mahmudov

Türkiyədə 30 dərəcə şaxta qeydə alınıb

Türkiyənin Sivas vilayətində günün ən aşağı temperaturu qeydə alınıb.

Bakıvaxtı.az  APA-ya istinadən bildirir ki, bu barədə məlumat Türkiyə Dövlət Meteorologiya İdarəsinin rəsmi saytında qeyd olunub.

Məlumata əsasən, bu günün ən aşağı temperaturu, - 30,9 dərəcə şaxta, Sivas vilayətinin Göbekören kəndində qeydə alınıb.

Bundan əlavə, ikinci ən aşağı temperaturu, - 29,6 dərəcə şaxta, isə Bolu vilayətinin Samat kəndində müşahidə olunub.

2022-ci ildə ən aşağı temperatur isə Vanın Çaldıran rayonu ərazisində qeydə alınıb. Yanvarın 22-də burda -33,5, dünən isə - 27,1 dərəcə şaxta qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR