İstanbulda yaşayan ukraynalılar Rusiyanın Türkiyədəki baş konsulluğunun qarşısında etiraz aksiyası keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Əllərində Ukrayna bayraqları olan etirazçılar Rusiya əleyhinə şüarlar səsləndiriblər. Etirazçıların adından danışan Tatyana Özyıldız müharibəni dayandırmaq üçün buraya toplaşdıqlarını bildirib.
















