• Bakı 11° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Türkiyədə faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu

CƏMİYYƏT

14 Noyabr 2025 | 22:27

Türkiyədə faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu

Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib.

Bakıvaxt.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun atası Rəşid İbrahimov məlumat verib.

Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.

Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist “Euronews” telekanalında fəaliyyət göstərirdi.

O, xüsusilə 44 günlük Vətən müharibəsində hazırladığı reportajlarla tanınıb.


SON XƏBƏRLƏR