• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Türkiyədə ifaçını mahnıya görə öldürdülər

MƏDƏNİYYƏT

03 Oktyabr 2022 | 14:01 | Müəllif: Subhan Mahmudov

Türkiyədə ifaçını mahnıya görə öldürdülər

Türkiyədə musiqiçi, gitara ifaçısı Onur Şener mahnıya görə öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müğənni Haluk Levent bildirib.

Belə ki, Ankaranın Çankaya rayonunda gecə klubunda üç nəfər naməlum şəxs musiqiçi Onur Şenerdən mahnı ifa etməsini istəyiblər. Musiqiçi mahnını bilmədiyini deyəndə həmin adamlarla Şener arasında mübahisə başlanıb və onlar butulkaları qıraraq musiqiçiyə atmağa başlayıblar. Şüşə qırıqları sənətçinin boynuna batıb. Hadisə yerinə polislər və tibb işçiləri gəliblər.

Xəstəxanaya aparılan ifaçının həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar üç nəfər nəzarətə götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR