• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanlı müğənni: "Atama heç vaxt halallıq verməyəcəyəm"

MƏDƏNİYYƏT

31 Oktyabr 2022 | 23:22 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı müğənni: "Atama heç vaxt halallıq verməyəcəyəm"

"Atam ölüm ayağında olanda məni çağırdılar ki, gəl halallıq ver. Getmədim, heç vaxt da halallıq verməyəcəyəm. Axirətdə də Allah inşallah məni onunla qarşı-qarşıya qoyar, mən də hesabatımı istəyərəm. Çünki, mənim öz atam yanımda olsaydı, həyatın bəzi üzlərini görməzdim". 

Bakıvaxtı.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Günel Ələkbərova qonaq olduğu "Ümid ilə gəl" ictimai-sosial verilişində deyib.  

Sənətçi atasına halallıq verməməsinin səbəbini izah edib. 

"O, yanımızda olsaydı, ögey ata əlində böyüməzdim. Anam ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar. Özü də elə-belə adam da deyil, tanınmış adamdır. Çoxları da tanıyır. Çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıbsa... Siz mənim yerimdə olsaydınız, halallıq verərdiniz?", - deyə Günel qeyd edib.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026