• Bakı 11° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Elza Seyidcahanın avtomobili cərimə meydançasına aparıldı

MƏDƏNİYYƏT

30 Noyabr 2022 | 15:33

Elza Seyidcahanın avtomobili cərimə meydançasına aparıldı

Əməkdar artist Elza Seyidcahanın avtomobili cərimə meydançasına aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, müğənni bu haqda "Günün sədası" proqramında deyib. 

"Bura gələndə maşınımı cərimə meydançasına apardılar. Cəriməm var idi. Vaxtında cəriməni ödəmirəm və yığılır. Texniki baxış etmirəm, ona görə yığılıb qalır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Amma bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik" deyə, Seyidcahan söyləyib.

Qeyd edək ki, E.Seyidcahan bundan əvvəl də 5 min manat cəriməsi olduğunu və maşınının əlindən alındığını söyləmişdi.  


SON XƏBƏRLƏR

25 Mart 2026