• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Azərlə Pərvin 300 manat üstündə dalaşdılar - VİDEO

MƏDƏNİYYƏT

30 Noyabr 2022 | 11:40

Azərlə Pərvin 300 manat üstündə dalaşdılar - VİDEO

Aktrisa Pərvin Abıyeva və aparıcı Azər Zahid arasında TikTok-da növbəti dəfə qalmaqal yaşanıb. 

Bakıvaxtı.az xəbər verir ki, onlar 300 manat və oyun üstündə dalaşıb. Pərvin TikTok-da üçüncü yerə çıxmasına imkan verməyən Azərə qeyri-etik ifadələr deyib. 

"300 manatımı ver. 300 manatdan dedin gəl oynayaq, mən də oynadım. İndi uduzmusan, hoqqalar verirsən. Sənə nə deyim? Söz danışıqdan keçər" deyə, Pərvin Azərin ünvanına söyləyib.

Onlar arasındakı mübahisə bundan sonra daha da qızışıb. Azər canlı yayım açaraq Pərvinin ünvanına təhqirlər səsləndirib. 

Daha sonra Azər aktrisanın TikTok profilini bağlatdırıb. O, bunu canlı yayımda etiraf edib.

"O səhifə açılmayacaq. Mənə ilişməyin, heç kimlə işim yoxdur. Mənim üzərimdən qazanırsınız, amma mənə dil uzatmayın" deyə, Azər bildirib. 


SON XƏBƏRLƏR

02 Iyul 2025