Türkiyədə aralarında uşaqların da olduğu 20 nəfər naməlum virus səbəbilə xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Bolunun Yuva kəndində qeydə alınıb. Belə ki, kənd sakinlərindən 20 nəfər qusma və ürəkbulanma şikayəti ilə xəstəxanaya müraciət edib. Xəstəxanaya aparılanlardan analiz üçün nümunələr götürülüb.
Bundan başqa, Səhiyyə Nazirliyi tərəfindən təyin edilmiş qrup kəndə gedərək müayinə aparıb.
Bolu valisi Erkan Kılıç jurnalistlərə açıqlamasında bildirib ki, zəhərlənmə sudan və ya yeməkdən ola bilər: "Araşdırmalar davam edir, hələ dəqiq bir məlumat yoxdur".
Aytac Aaslan
















