• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Türkiyədə sosial şəbəkələrdən biri bağlanır

MULTİMEDİA

15 Aprel 2024 | 22:00 | Müəllif: Subhan Mahmudov

Türkiyədə sosial şəbəkələrdən biri bağlanır

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” Türkiyədə “Threads” tətbiqini müvəqqəti bağlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Rəqabət Qurumunun qərarıdır. Şirkət qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

“Türkiyədə “Threads” istifadə edən hər kəs aprelin 29-dan əvvəl qərarla bağlı məlumatlandırılacaq”, - deyə şirkətdən vurğulanıb.

Qeyd edilir ki, istifadəçilər “Threads” profillərini dondura, yaxud tamamən silə biləcəklər. “Threads” Türkiyəyə qayıdarsa, profillərini dondurmağı seçən insanların paylaşımları yenidən görünəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026