• Bakı 10° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Türkiyədəki meşə yanğını nəzarət altına alınıb

HADİSƏ

25 Iyun 2022 | 12:39 | Müəllif: Subhan Mahmudov

Türkiyədəki meşə yanğını nəzarət altına alınıb

Türkiyənin Muğla vilayətindəki meşə yanğını tamamilə nəzarət altına alınıb, yaxın bir neçə gün ərzində ərazidə soyutma işləri aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.

Nazir bildirib ki, Marmaris bölgəsində bir neçə gün davam etmiş yanğın nəticəsində 4.5 min hektar ərazi məhv olub, insan itkisi qeydə alınmayıb.

V.Kirişçi qeyd edib ki, alovun söndürülməsinə 3-ü Qatardan gələn 46 helikopter və 1-i Azərbaycandan gələn 15 yanğınsöndürən təyyarə, o cümlədən 4587 yanğınsöndürən cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR