• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zaqatalada maşın aşdı - Qardaşlar yaralandı

HADİSƏ

25 Iyul 2022 | 10:19

Zaqatalada maşın aşdı - Qardaşlar yaralandı

Zaqatalada minik avtomobili aşıb, üç nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə səhər saat 8 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində xəsarət alan 3 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Yaralılardan ikisi qardaşdır. Onlar rayonun Üçüncü Tala kənd sakinləri - 1985-ci il təvəllüdlü Cuma Nizami oğlu Xəlilov və 1992-ci il təvəllüdlü Rəsul Nizami oğlu Xəlilovdur. Digər yaralı isə Qax rayonundan olan Maşallah adı şəxsdir. 

Zaqatala RMX-dan bildirilib ki, yaralılardan Rəsul Xəlilovun üzərində cərrahiyyə əməliyyatı aparılıb  vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. (unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026