• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Türkiyənin Şuşada Baş Konsulluğu açılacaq

GÜNDƏM

15 Iyun 2021 | 18:26

Türkiyənin Şuşada Baş Konsulluğu açılacaq

Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə fəaliyyətimizin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsini də təmin edəcəyik.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti deyib: “Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur koridoru layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq koridor açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir”.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR