• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Tütün məmulatlarının aksiz dərəcələri artırıldı

İQTİSADİYYAT

09 Dekabr 2025 | 11:47 | Müəllif: Əli Hüseynov

Tütün məmulatlarının aksiz dərəcələri artırıldı

2026-cı il büdcəsi çərçivəsində bəzi tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

Əvvəlcə siqaretlər üzrə aksiz tənzimləməsi nəzərdə tutulsa da, müzakirələr nəticəsində digər tütün məhsulları üçün də aksizlərin artırılması təklif olunub. Bu dəyişikliklər həm məhsulların sağlamlığa təsirini nəzərə alır, həm də bazarda alternativ tütün məmulatlarının payının kəskin artmasının qarşısını almaq məqsədini daşıyır.

Təklif olunan dəyişikliklər belədir:

Alışdırılmadan nəfəsə çəkilən, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz 1 000 ədədə görə 16 manatdan 25,5 manata qaldırılır.

Digər çəkməli tütünlər, çeynənilən və ya buruna çəkilən məhsullar üzrə aksiz yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata yüksəlir.

Əli Hüseynov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026