• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Üç hakimin səlahiyyətlərinə xitam verildi

CƏMİYYƏT

27 Oktyabr 2021 | 18:26 | Müəllif: Subhan Mahmudov

Üç hakimin səlahiyyətlərinə xitam verildi

Azərbaycanda üç hakimin səlahiyyətlərinə xitam verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının məlumatında deyilir.

Bildirilib ki, cari ildə 117 hakimin fəaliyyəti qiymətləndirilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib.

Bu ilin sonunadək fəaliyyətlərinin qiymətləndirilməsi nəzərdə tutulmuş daha 120 hakimlə bağlı hərtərəfli təhlillərin aparılması və nəticələrin Şuranın iclasına çıxarılması üzrə konkret tapşırıqlar verilib.

Şuranın iclasında qanunvericiliyin tələblərinin, çəkişmə prinsipinin və icra intizamının pozulmasına, süründürməçiliyə yol verildiyinə və digər nöqsanlara görə birinci instansiya və apellyasiya məhkəmələrinin beş hakiminin intizam məsuliyyəti məsələsinə baxılıb, eyni xarakterli pozuntulara görə bir sıra hakimlər barədə intizam icraatları başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR