• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Əfqanıstanlı qız Romaya gəldi

CƏMİYYƏT

26 Noyabr 2021 | 18:08

Əfqanıstanlı qız Romaya gəldi

“National Geographic” jurnalının üz qabığı ilə məşhurlaşan "Əfqan qızı" Şərbət Qula İtaliyanın paytaxtı Romaya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın Baş Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Qula avqust hadisələrindən sonra ölkəsini tərk etmək üçün İtaliyadan kömək istəyib. İtaliya buna cavab olaraq “Əfqan qızı”nın İtaliyaya səfərini və Romaya gəlməsini təşkil edib.

Qeyd edək ki, məşhur foto 1985-ci ildə fotoqraf Stiv Makkarri tərəfindən çəkilib. Həmin vaxt Qulanın 12 yaşı olub.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026