• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

CƏMİYYƏT

26 Dekabr 2021 | 16:09

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 511 yeni yoluxma faktı qeydə alınıb, 1 178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 098 nəfər müalicə olunaraq sağalıb, 8 297 nəfər vəfat edib. 11 915 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 328, bu günə qədər isə ümumilikdə 5 817 708 test icra olunub.


Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026