• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu gün Astaraçay üzərində körpünün təməli qoyulacaq

CƏMİYYƏT

25 Yanvar 2022 | 13:35

Bu gün Astaraçay üzərində körpünün təməli qoyulacaq

Bu gün Astaraçay üzərindən tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi, həmçinin Azərbaycan və İran nümayəndə heyətlərinin digər təmsilçilərinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR