• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Ucarda dava zamanı bir nəfər ağır xəsarət aldı

HADİSƏ

20 Noyabr 2023 | 19:48

Ucarda dava zamanı bir nəfər ağır xəsarət aldı

Ucar sakini dava zamanı ağır xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.

Qazyan kənd sakini Nazim Polad oğlu Nağıyevlə həmkəndlisi Vüsal Əyyub oğlu Əliyev arasında yaranmış mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Nazim Nağıyev dava zamanı ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR