• Bakı 27° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Ucuz məhsulların bahalı fəsadları - Həkimdən xanımlara ÇAĞIRIŞ

CƏMİYYƏT

05 Mart 2024 | 10:41

Ucuz məhsulların bahalı fəsadları - Həkimdən xanımlara ÇAĞIRIŞ

Əksər mağazalarda, sosial şəbəkə səhifələrində çox ucuz qiymətə kosmetik vasitələr, üz-baxım məhsulları satılır. Təbii ki, çoxumuz da bunun verəcəyi zərərlərinə belə əhəmiyyət vermədən həmin məhsullardan istifadə edirik.

Bəs istifadə etdiymizi bu ucuz məhsullar hansı fəsadları verə bilər?

Bakıvaxtı.az-a danışan həkim-kosmetoloq Leyla Məmmədova bu vasitələrin üzdə yaratdığı problemləri vurğulayaraq insanlara orijinal məhsullar almağı tövsiyyə edir. Onun sözlərinə görə, dərilərinə təmas edən vasitələr orijinal olmalıdır ki, simalarında hər hansı bir reaksiya verməsin:

“Son zamanlar ticarət mərkəzlərində ucuz kosmetik vasitələr çoxluq təşkil edir. Buna görə də müəyyən qədər səpkilərlə, allergik reaksiyalarla, göbələklə bağlı həkimlərə müraciətlər atrıb. Deyirlər ki, “doktor, mən krem aldım, onu istifadə etdikdən sonra üzümdə qızartılar, suluq, səpkilər, göbələk əmələ gəldi”. Mən insanlara qətiyyən belə məhsullardan istifadə etməyi məsləhət görmürəm”.

l

Leyla Məmmədova: Pullarına qənaət etmək istərkən, daha çox pul xərcləməyə məcbur qalırlar

Leyla Məmmədova bu yaranan fəsadların illərlə müalicə tələb etdiyini, insanların pullarına qənaət etmək istərkən əslində illərlə müalicə üçün daha çox pul xərcləməyə məcbur qaldıqlarını bildirir.

“Bu zaman belə bir deyim yadıma düşür: Mən o qədər varlı deyiləm ki, ucuz məhsul alım”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026