Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı Rusiyanın döyüş itkiləri ilə bağlı məlumat yayıb.
Bakıvaxtı.az unian-a istinadla xəbər verir ki, məlumata görə, hesabatda 2022-ci il fevralın 24-dən bəri Rusiya ordusunun Ukraynada 184 420-yə yaxın əsgər itirdiyi qeyd olunur. Son sutka ərzində Rusiya ordusu 670 nəfər itki verib.
Bundan əlavə, qarşı tərəfin 3667 tankı, 7120 zirehli döyüş maşını, 2825 artilleriya sistemi, 539 MLRS, 285 hava hücumundan müdafiə sistemi, 308 təyyarəsi, 293 helikopteri, 2386 İHA əməliyyat-taktiki səviyyəsi, 911 qanadlı raketi, 18 gəmi və qayığı, 5707 avtomobil avadanlığı və tankeri, 332 xüsusi texnikası məhv edilib.
Murad Məmmədli

















