• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ukrayna Saakaşvilinin əfv olunması üçün Gürcüstan və Aİ-yə müraciət edəcək

DÜNYA

13 Iyul 2023 | 19:40 | Müəllif: Subhan Mahmudov

Ukrayna Saakaşvilinin əfv olunması üçün Gürcüstan və Aİ-yə müraciət edəcək

Ukrayna Ali Radasında Mixail Saakaşvilinin əfv olunması ilə bağlı Gürcüstan Prezidenti Salome Zurabişviliyə və Avropa İttifaqı ölkələrinin parlamentlərinə müraciət layihəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, radanın saytında dərc olunmuş məlumatda humanitar aktın həyata keçirilməsi və Gürcüstanın üçüncü prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvilinin əfv edilməsinin zəruriliyi bildirilir.

Layihənin təşəbbüskarları kimi onlarla deputatın, o cümlədən prezidentyönlü “Xalqın Xidmətçisi” Partiyasının fraksiya rəhbəri David Araxamiyanın adı çəkilir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisini Saakaşvilini müalicə üçün Kiyevə köçürməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026