• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna səfirindən Qarabağ açıqlaması

SİYASƏT

31 May 2022 | 21:29 | Müəllif: Subhan Mahmudov

Ukrayna səfirindən Qarabağ açıqlaması

Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır - söhbət Kəlbəcərdən gedir! Təsadüfi deyil ki, inanılmaz dağ mənzərələri və zəngin tarixə malik bu Qarabağ bölgəsi Azərbaycan xalqının beşiyi adlandırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz Feysbuk səhifəsində xarici diplomatların Kəlbəcər rayonuna səfəri ilə bağlı təəssüratını bölüşərkən qeyd edib.

“Bu gün bütün Qarabağ kimi, Kəlbəcər rayonu da infrastruktur intibahı dövrünü yaşayır: yeni nəqliyyat arteriyaları yaradılır, elektrik stansiyaları tikilir, memarlıq abidələri bərpa olunur. Rayonun iqtisadi gələcəyinə çox diqqət yetirilir. Azərbaycanın bu hissəsinin faydalı qazıntı yataqlarının, müalicəvi mineral sularının olması, eləcə də sehrli gözəlliyi investisiya və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Əminəm ki, Kəlbəcər tezliklə Azərbaycanın atributlarından birinə çevriləcək, bura məmnuniyyətlə baş çəkənlər sadəcə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri olmayacaq”, - diplomat vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026