• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Prezidentin Aşqabad səfəri Azərbaycanın növbəti uğurlu addımıdır - Deputat

SİYASƏT

30 Iyun 2022 | 16:02

Prezidentin Aşqabad səfəri Azərbaycanın növbəti uğurlu addımıdır - Deputat

Xəbər verdiyimiz kimi, iyunun 29-da  Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi toplantı növbəti dəfə gündəlikdə dayanan məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

Millət vəkili Cavid Osmanov Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin yürütdüyü siyasəti nəticəsində dünyanın bu gün ən hörmətlə yanaşılan, nüfuzlu dövlətlərindən birinə çevrilib: “Azərbaycan Prezidenti dünya liderləri içərisində ən nüfuzlu liderlərdən biridir. Əlbəttə, Aşqabad səfəri də bunun növbəti əyani təzahürüdür. Ölkə başçısının Aşqabada səfəri zamanı Xəzəryanı Dövlətlərin Zirvə Toplantısı çərçivəsində dövlət başçıları ilə ikitərəfli görüşləri bir daha Azərbaycanın dünyada nə qədər vacib ölkə olduğunu, böyük əhəmiyyətə malik olduğunu və qarşılqılı əməkdaşlıqların qurulması istiqamətində nə dərəcədə mühüm rol oynadığını göstərdi".

Cavid Osmanov

Deputatın sözlərinə görə, ölkə başçısının çıxışı zamanı da yeni təşəbbüslərin irəli sürülməsi, mövcud potensialdan Xəzəryanı dövlətlərin səmərəli istifadə etməsi, ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində irəli sürülmüş təşəbbüslər, o cümlədən ikitərəfli görüşlər, Azərbaycanın digər ölkələrlə qarşılıqlı münasibətlərin möhkəmlənməsi istiqamətində atdığı addımlar geniş müzakirə olunub.

"İstənilən halda bu görüşü əlbəttə ki, Azərbaycanın növbəti bir uğurlu adımı kimi qiymətləndirmək olar. Ölkəmizin daha da inkişaf etdirilməsində, əlaqələrin möhkəmlənməsində, regionda, xüsusilə Xəzəryanı dövlətlərin yerləşdiyi bölgədə sülhün, əmin-amanlığın qurulması istiqamətində Aşqabad səfəri uğurlu addımlardan biri olub”, - deyə Cavid Osmanov vurğulayıb.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

18 Mart 2024